27 Dekabr 12:53
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər