Təyyarəyə birinci zərbədən sonra oksigen maskaları açıldı. Nə baş verdiyini öyrənmək üçün salona keçdik. Həmin an ikinci zərbə oldu və təyyarə bələdçisi Zülfüqar bəy xəsarət aldı, sol qolundan yaralandı. Arxaya keçdik, kömək etməyə çalışdım, ilkin yardım göstərdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan AZAL-a məxsus təyyarənin stüardessası Aydan Rəhimli "XəzərXəbər"ə deyib.

"Bir anda səs gəldi, oturub oksigen maskalarını taxdıq. Hökümə xanım mənə zəng edirdi, axıra kimi danışırdıq, yerə enməyə 2 dəqiqə qalmış zənglər kəsildi", - deyə bildirib.

O, oksigen balonunun partlamadığını söyləyib: "Partlasaydı, sağ qalmazdıq. Qəlpələr əsasən qabaq hissəyə dəydi. Təyyarə yerə enəndən sonra gözümüzü açanda soruşdum ki, haradayıq, dedilər Aktaudayıq".