“Müayinələrimizə görə təyyarə qəzasında xəsarət alanların bütün yaraları, zədələri küt travma və sınıqlar şəklindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralıların müalicəsi əsasən bu istiqamətdə davam etdirilir.

Baş həkimin məlumatına görə, Yeni Klinikaya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.