28 Dekabr 13:22
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Masazır kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər