Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Qroznıda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasının şəraiti ilə bağlı müşavirə keçirib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun "Teleqram" kanalında məlumat verilib.
Məlumata görə, bundan sonra qəza ilə bağlı cinayət işi üzrə istintaq idarənin Baş İstintaq İdarəsinə verilib.
İdarədən verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə başlanan işə artıq hava gəmilərində araşdırma aparmış müstəntiqlər, kriminoloqlar və ekspertlər qrupu baxacaq.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb.