29 Dekabr 08:26
15 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni il ərəfəsində - dekabrın 30-da şəhid ailələrimizə, müharibə iştirakçılarımıza və əlillərimizə daha 150 mənzil təqdim olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, post-müharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 min şəhid ailəsi, müharibə əlili, müharibə iştirakçısına 300 mindən çox xidmət göstərilib.

“Onlara sosial ödənişlər təyin olunub, sosial-psixoloji eabilitasiya dəstəyi göstərilib. Eyni zamanda əlillərin ən yüksək texnologiya ilə - dördüncü nəsil protezlərlə təminatı həyata keçirilib. Əlbəttə mənzil, avtomobil təminatı proqramı uğurla davam etdirilib. Azərbaycan müstəqillik dövründə bu kateqoriyadan olan vətəndaşlarımıza 15 600 mənzil verilib. Onun 10 mini son 5 ilin payına düşür. Bu il artıq 650 mənzil şəhid ailəsi, müharibə əlillərinə təqdim olunub”.

Nazirin sözlərinə görə, bu il müharibə iştirakçılarına 90-a yaxın avtomobil verilib:

“Cari dövr üçün avtomobil növbəsində heç kəs qalmayıb. Belə ki, növbə tam təmin olunub”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər