29 Dekabr 2024 14:36
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

16708 nəfər bələdiyyə seçkilərində namizədlik üçün MSK-ya müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sərdi Məzahir Pənahov deyib.

Məzahir Pənahov əlavə edib ki, 16460 nəfər imza vərəqəsi alıb. 16023 nəfəri imza vərəqəsini geri qaytarıb.

Vurğulanıb ki, onlardan 15729 nəfərin namizədliyi qeydə alınıb.

MSK sədri əlavə edib ki, 33 nəfər qeydə alındıqdan sonra namizədliyini geri götürüb və 1 nəfər də vəfat edib.

Bundan başqa, bildirilib ki, bu günə qədər 23 siyasi partiya seçkilərdə iştirakını təsdiq edib.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər