29 Dekabr 2024 22:15
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən “Bilgəh” kardioloji sanatoriyasına yeni direktor təyin olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu barədə konfederasiya sədri Sahib Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, kardioloq-həkim Afiyəddin İsgəndərov "Bilgəh” kardioloji sanatoriyasının rəhbəri vəzifəsinə gətirilib. O, bundan əvvəl AHİK-in tərkibində olan "Qaranquş" uroloji sanatoriyasının direktoru və Bakı Sağlamlıq Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinin müdiri işləyib.

Qeyd edək ki, "Bilgəh" kardioloji sanatoriyasının direktoru Muxtar Əhmədov sentyabr ayında işdən çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər