1 Yanvar 00:07
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il üçün təsdiqlədiyi yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunda öz əksini tapıb

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər