2 Yanvar 11:47
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi məlumat yayıb.

Nazirlik tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər