Otaq bitkiləri evlərimizi bəzəyərək havanın keyfiyyətini yaxşılaşdırsa da, bəziləri sağlamlıq üçün ciddi risklər yarada bilər.
Teleqraf.com-un məlumatına görə, bəzi bitkilərdə evdəki gözəl atmosferi pozmaq bir yana təhlükəli ola biləcək toksinlər var.
Evdə bitkilərin olması təbii gözəllik qatsa da, bəzi növlərin zəhərli təsir göstərə biləcəyini unutmamalıyıq. İflicdən tutmuş ölümə qədər ciddi nəticələrə səbəb ola biləcək bu bitkiləri öyrənərək evinizi təhlükəsiz edə bilərsiniz.
Zanbaq: Pişiyiniz varsa, mütləq bu bitkidən uzaq durmalısınız. Pişiklərin həzm sisteminə zərərli təsir göstərə bilər.
Od Çiçəyi : LSD kimi halüsinogen xüsusiyyətlərə malik olan bu bitki istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Sarıçiçək: Psixoaktiv xüsusiyyətlərə malik olan bu bitki zəhərli çiçəkləri ilə tutma, pozğunluq, iflic və hətta ölümə gətirib çıxarar.
Hydrangea Çiçəyi: Mavi rəngi ilə seçilən bu çiçək çeynədikdə tənəffüs tutulmasına, aşağı təzyiqə, başgicəllənməyə və huşunu itirməyə səbəb ola bilər.
Nefrolepis(Qaynana dili) : Həssas insanlarda asparagin ifraz edərək dəri problemlərinə səbəb ola bilər.
Begonvil : Toxunduğunuz zaman bir neçə saatdan sonra ürək döyüntüsü, aritmiya, qusma, başgicəllənmə, ishal və tənəffüs çətinliyi kimi sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz.
Evinizi bitkilərlə gözəlləşdirərkən, bu təhlükələri nəzərə almaq həm sizin, həm də ev heyvanlarınızın sağlamlığını qorumaq üçün ən yaxşı yoldur.