6 Yanvar 16:12
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) quruma daxil olan şikayətə baxıb.

Teleqraf.com xəbər verir, 70 saylı Neftçala Seçki Dairəsinin Xol-Qarabucaq bələdiyyəsindən namizədliyi irəli sürülmüş Cəfərov İsmət Tahir oğlunun namizədliyi qeydə alınmayıb.

Araşdırma nəticəsində məlum olub ki, şikayətçi şəxs adında olan əmlak barədə məlumatı dairə seçki komissiyasına düzgün şəkildə təqdim etməyib.

Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən, sözügedən şəxsin namizədliyinin qeydə alınmaması məqbul hesab edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər