8 Yanvar 14:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyir qızı Didiyevanın Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi qız uşağı doğuşdan sonra ölüb.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.

“Zaqatala rayon Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs 7 yanvar tarixində saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozuyla Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı qeysəriyyə əməliyyatı üçün müraciət edib. 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə ağır vəziyyətdə dünyaya gəlib. Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, 2 saat sonra körpə ölüb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib”,- məlumatda qeyd olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər