2024-cü ildə ölkədə 118 nəfər üzərində böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən il böyrək üzrə müraciət edən xəstələrin sayı 698, qaraciyər üzrə isə 366 olub.
Etika Komissiyası tərəfindən böyrək və qaraciyər transplantasiya əməliyyatı üçün müvafiq olaraq 28 və 37 nəfərə icazə, 18 və 15 nəfərə isə imtina cavabı verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası qohum olmayan şəxslərin donorluğuna nəzarət edir. Komissiya həqiqətən donorluğa ehtiyac olub-olmadığını müəyyənləşdirir.