Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, - dövlət başçısı qeyd edib.