Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər 2-ci Polis Şöbəsinə yeni rəis təyin olunub.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, polis polkovnik-leytenantı Tural Hacıyev bu quruma rəis gətirilib.
O, daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.