16 May 2014 10:19
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının mərkəzi prospektlərindən birində hərəkət tam dayandırılacaq.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 11:00-dan etibarən paytaxtın Mikayıl Müşfiq küçəsinin Qurd Qapısı deyilən ərazidən Nəriman Nərimanov heykəlinə qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən adıçəkilən yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu axşam saat 22:00-dan etibarən isə Bakının Hüseyn Cavid prospektində hərəkət tam dayandırlacaq.

Sürücülərə narahatlıqla üzləşməmək üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur /Trend/.


Müəllif: