Kliniki Tibbi Mərkəzin Doğum-ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
"10 yanvar saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur. Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır".
Hazırda körpənin vəziyyətinin orta-ağır və ananın vəziyyətinin stabil olduğu vurğulanır.