Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edib.
Qurumdan Teleqraf.com-un cənub bürosuna verilən məlumata görə, müsabiqəyə qeydiyyat yanvarın 17-dən 31-dək aparılacaq.
Test imtahanı fevral ayında Lənkəran şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.
İmtahanın dəqiq vaxtı və vəzifələr üzrə seansların saatı İdarənin sosial media hesablarında elan olunacaq.
Mövcud vakansiyalarla idarənin saytında tanış olmaq mümkündür.
İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.
Vəzifələr üzrə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkür suallarına cavab verərək ən yüksək bal toplamış namizədlər birbaşa vəzifəyə təyin olunacaqlar.