Bu ilin aprelin 28-dən mayın 8-dək NATO-Gürcüstan birgə hərbi təlimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, təlim Tbilisi yaxınlığındakı Krtsanisi bazasında, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində təşkil olunacaq.
İtaliyanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təlimdə iştirakını artıq təsdiqləyən ölkələr arasında Azərbaycan, Albaniya, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ yer alıb. Ermənistan müşahidəçi qismində təmsil olunacaq.
Qeyd edək ki, ilk NATO-Gürcüstan birgə hərbi təlimi 2016-cı ildə baş tutub. Bu il artıq dördüncü dəfə keçiriləcək təlimə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vittorio Veneto rəhbərlik edəcək.