10:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024- cü il üzrə suçiçəyi, pedikulyoz, QİÇS, brusellyoz, hepatit B və bəzi bağırsaq infeksiya xəstəliklərinə yoluxmada azalma müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, ötən il ərzində suçiçəyinə yoluxma əvvəlki ilə nisbətən 47,4 faiz azalıb.

Bundan əlavə, il ərzində göyöskürək və malyariya, kəskin poliomielit, məxmərək və anadangəlmə məxmərək sindromu, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.

Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin yayılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, aparılan peyvəndləmə və profilaktik tədbirlərinin nəticəsində yoluxma halları minimumlaşdırılıb.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər