23 Fevral 2015 13:41
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Ağcabədi rayonunda “Xocalıyam” həftəsinə start verilib.

Gənclər üçün Təhsil Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, həftənin ilk günündə rayonun uşaq və yeniyetmələr Şərəfxanlı kəndində Xocalı qurbanlarının məzarlarını ziyarət edib, Xocalı sakinləri ilə görüşüb. Daha sonra məcburi köçkün gənclərin ifasında soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş bədii kompazisiya nümayiş etdirilib.

Mərkəzin Qarabağ regional ofisi tərəfindən həyata keçirilən “Xocalıyam” həftəsinin digər günlərində Ağcabədi rayonunda yerləşən təhsil və mədəniyyət ocaqlarında elmi konfransların, xatirə gecələrinin, Xocalı hadisələrinin şahidləri ilə görüşlərin, inşa və şeir müsabiqələrinin, idman turnirlərinin və digər tədbirlərin təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Xocalıyam” həftəsi çərçivəsində Mərkəzin Gəncə, Mingəçevir və Quba ofislərində də silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

BƏXTİYAR


Müəllif: