16 May 2014 10:49
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 40 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salıb.

Teleqraf.com-un məlumatına görə, nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş proqrama uyğun olaraq təşkil olunan tədbir əlil şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkilinə xidmət edir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması üçün xüsusi nəqliyyat ayrılıb.

Proqrama əsasən, 2014-cü il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Naibə


Müəllif: