İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu 27 yanvar saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.
23 yanvar saat 10:00-a olan məlumata əsasən 11113 bakalavr ərizəsini təsdiq edib. Onlardan 10110 Azərbaycan bölməsi, 1003 nəfəri isə rus bölməsidir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərlər. Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.