Bir gündə Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib.
Bu barədə Teleqraf.com-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Salyan rayon icra hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə Salyan rayonunun meşə fondu torpaqlarında keçirilib.
Bir gün ərzində Salyan meşəbəyliyinin 4 hektar ərazisində 5 mindən artıq ağcaqayın, göyrüş və iydə ağacı əkilib.
O qeyd edib ki, növbəti günlərdə də ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdiriləcək.