“2017-ci ildən başlayaraq Yevlax və Mingəçevirdə ilkin səhiyyə xidmətinin tətbiqinə başladıq. Lakin pandemiya səbəbindən onu davam etdirmək mümkün olmadı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

"Məqsədimiz odur ki, ilkin səhiyyə xidməti əhalimizin yaşadığı bölgədən asılı olmayaq hər yerdə tətbiq olunsun. İlkin səhiyyə xidməti əlaqələndirici zəncirin bir hissəsidir. Vətəndaşların ailə həkiminə inamı artmalıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. Ötən həftə Bərdədə olduq, orada pilot layihəyə başlanılır", - deyə Zaur Əliyev bildirib.