Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Birol Akgünü Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer qarşılayıb.

Qeyd edək ki, Birol Akgün sabahdan etibarən səfir kimi rəsmi fəaliyyətə başlayacaq.

***

12:31

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bu gün axşam saatlarında Azərbaycana gələcək.

Bu haqda Teleqraf.com-a Türkiyə səfirliyindən məlumat verilib.

Birol Akgün sabahdan etibarən səfir kimi fəaliyyətinə başlayacaq.