Gəncədə 12 yaşlı yeniyetmənin ölümü ilə bağlı rəsmi açıqlama verilib.
Gəncə Birləşmiş Xəstəxanasından Teleqraf.com-un yerli bürosuna bildirilib ki, 01.02.2025-ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, saat 08:00 radələrində ölüm faktı qeydə alınıb.
***
Gəncədə 12 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, Daşkəsən rayonunda qeydiyyatda olan M. Bağırov yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır