4 Fevral 21:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktau yaxınlığında qəzaya uğrayan "AZAL" təyyarəsi ilə bağlı yeni faktlar aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu detallar araşdırma komissyasının ilkin hesabatında əksini tapıb.

Hesabatda deyilir: "Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur".

Sənəddə o da vurğulanır ki, təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması təsdiqlənib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt aşkarlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər