Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin hesabat dərc edilib.
Teleqraf.com xəbər verir ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı dərc olunmuş hesabat ilkin xarakter daşıyır.
Qazaxıstan Nəqliyyat Nazirliyindən bildiriblər ki, araşdırmalar başa çatdıqdan sonra ora əlavələr ediləcək.
Departamentdən onu da deyiblər ki, istintaq başa çatdıqdan sonra 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən qəza ilə bağlı yeni hesabat dərc olunacaq.