12:11
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 4 fevral tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-i ambulator müalicə üçün evə buraxılıb.

***

11:50

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9- cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.

Bu barədə Teleqraf.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunur ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

"Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- MÜTDA-dan bildirilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər