26 Fevral 2015 15:25
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yenə yol bağlanır.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Teleqraf.com-a verilən məlumata görə, bu gün axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri (asfalt örtüyünün yenilənməsi) ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.


Müəllif: