26 Fevral 2015 16:16
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında Sərəncam imzalayıb.


Teleqraf.com-un “AzərTAc”a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Bayramov Rəşid Oruc oğlu
Əliyev Məzahir Təriş oğlu
Əliyeva Kifayət Salman qızı
İbadov Suvar İnayət oğlu
Qədilli Fuad Adil oğlu
Quliyeva Səriyyə Qədir qızı
Vəliyeva Aidə Əlibala qızı

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının təltif olunması ilə bağlı sərəncam imzalayıb:

“Əməkdar mədəniyyət işçisi”

Quluzadə Yaşar Mahmud oğlu

Qurbanova Gülzaman Kamil qızı

Yusifov Səlahət Şahsuvar oğlu

“Əməkdar jurnalist”

Həsənova Aygün Vəzir qızı

Sadıxlı Nərgiz Murtuz qızı

“Əməkdar mühəndis”

Əliyev Azər Həsən oğlu


Müəllif: