26 Fevral 2015 17:03
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə “İrəli” İctimai Birliyi “613 şəhid” adlı yürüş təşkil edib.

İctimai Birliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Azadlıq” meydanına toplaşan 613 “İrəli” üzvü oradan “Xocalı abidəsi”nə yürüş təşkil ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin ruhunu yad etmək, eyni zamanda “613” rəqəmi ilə bir daha soyqırımı dəhşətinə diqqət çəkmək olub.

O da bildirilib ki, artıq dünən axşamdan başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Facebook” və “Twitter”də genişmiqyaslı sosial aksiya başladılıb. Aksiyanın əsas məqsədi “Facebook” sosial şəbəkəsində izləyicilərinin sayı 10 milyondan çox olan 500-dən çox səhifədə “Xocalıya ədalət” mesajını paylaşmaqdır. Eyni zamanda “Twitter”də #KHOJALY GENOCIDE, #justiceforkhojaly hashtagının sosial şəbəkədə ilk 10-luğa düşməsinə nail olmaqdır.

BƏXTİYAR


Müəllif: