27 Fevral 2015 17:45
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatına başlayır.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna əsasən “Azərbaycan dili” fənnindən test imtahanı verməlidirlər.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılır.

Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (dövlət rüsumu 2 AZN-dir). Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.


Müəllif: