2 Mart 2015 15:14
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi “Ali Təhsil müəssisələri” Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından fevral ayı üzrə statistikasını açıqlayıb. Respublikanın əksər ali məktəblərinin mətbuat katiblərinin təmsil olunduqları səhifədə ilk beşlik müəyyənləşib. Qrupun fevral ayı üzrə fəalı Bakı Dövlət Universiteti olub.

Sonrakı yerləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti tutub.

Xatırladaq ki, Təhsil Nazirliyinin “Ali Təhsil müəssisələri” Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq, ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər