2 Mart 2015 15:37
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub.

1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurası 2004–cü ildə beynəlxalq dərəcəli təşkilat statusunu alıb. Təşkilatın başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir. Belə ki, əməyin mühafizəsi sahəsində Keyfiyyətli İdarəetmə Sistemi quran istənilən müəssisə bu təşkilata müraciət edə bilər. Qalib olan bütün müəssisələrin nümayəndələrinə sertifikat təntənəli şəkildə hər il London şəhərində keçirilən mərasimdə təqdim edilir. Müəssisənin adı “British Safety Council” təşkilatının rəsmi internet saytında dərc olunur. Həmçinin, təqdimetmə mərasimi BBC telekanalında nümayiş etdirilir.

Qeyd edək ki, Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri Keyfiyyəti İdarəetmə Sistemi və Əməyin Mühafizəsi sisteminin qurulması ilə bağlı 19 fevral 2014 – cü il tarixində İSO 9001:2008, 15 dekabr 2014-cü il tarixində isə OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər