Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev martın 3-7-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrədə səfərdə olacaq.
Teleqraf.сom-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşlər zamanı ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.
Səxavət