3 Mart 2015 14:26
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Prezident yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində “Gənc Əkinçi” layihəsinə start verir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, “Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən KİV-lər arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Ümumilikdə layihədə 30 gənc jurnalistin iştirakı planlaşdırılır. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcəkdir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırılması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.

Qeyd edək ki, təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin KİV-lərində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.

Cari ildə İsmayıllı şəhərinin “Gənclər paytaxtı” elan edilməsini nəzərə alaraq təlimlərin məhz bu rayonda keçirilməsi planlaşdırılır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər