Şəmkir rayonunun, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 04 mart 2015-ci il tarixdə saat 10:00-dan 16:00-dək Şəmkir, saat 10:00-dan işlər başa çatanadək isə Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.