4 Mart 2015 14:31
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanlar içməli və texniki suların kimyəvi tərkibini, neft məhsullarındakı metalların mikrokomponentlərini öyrənmək üçün AMEA-dan razılıq alıb.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, İtaliya alimləri ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutuna (GGİ) əməkdaşlıq təklif ediblər. Neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəlinib. Bu niyyətlə adıçəkilən ölkənin Salerno Universitetinin Sanitar Ətraf Mühit üzrə Mühəndislik Bölməsinin professoru Vinçenzo Nadeo və Sənaye Mühəndisliyi Bölməsinin əməkdaşı, fəlsəfə doktoru Françesko Vileko GGİ-də olublar.

İtliyalı alimlər bildiriblər ki, təmsil etdikləri qurum yeni elmi texnologiyaların əldə olunmasına və ətraf mühitin qlobal problemləri üzrə tədqiqatlarda tətbiqinə çalışır. GGİ-nin əməkdaşlarına bu sahədə müştərək tədqiqatların hədəflərini müəyyən etmək təklif olunub. Konkret tədqiqat istiqamətlərindən əlavə, təcrübə mübadiləsi barədə də razılığa gəlinib. Nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması məqsədi ilə yaxın aylarda memorandumun imzalanması gözlənilir.

Qeyd edək ki, italiyalı alimlər Avropa Komissiyasının “Horizon-2020” adlı tədqiqat və innovasiya üzrə proqramının iştirakçılarıdır.

SEVİL


Müəllif:

Oxşar xəbərlər