16 May 2014 17:43
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xırda məsələlərə görə insanlara həbs cəzası verərək, cəzaçəkmə müəssisəsinə göndərilməsi düzgün deyil”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə deyib. O bildirib ki, bunun üçün Cinayət Məcəlləsinin bəzi müddəalarında əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var: “Məsələn, az miqdarda narkotik qəbul edəni cəzaçəkmə müəssisəsinə göndərmək düzgün deyil. Hesab edirəm ki, narkotik qəbul etməyə görə şəxs cəzaçəkmə müəssisəsinə göndərilməməlidir. Narkotiki yayan, satan mənbələri ifşa etməliyik”.

Ç. Qənizadə əlavə edib ki, digər məsələlərdə də bu cür problemlər mövcuddur: “İqtisadi sahədə dəymiş zərərlər ödənildiyi halda kiminsə cəzaçəkmə müəssisəsinə göndərilməsinə də ehtiyac görmürəm. Bu cür həbslərə görə, dövlət vətəndaşı bir-neçə il cəzaçəkmə müəssisələrində saxlamağa məcbur olur. Ona görə də biz cəza sistemində müəyyən qədər dəyişikliklər etməliyik”.


Müəllif: