Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə dövlət komitəsinin rəhbərliyi, eləcə də mərkəzi aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Komitə sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaraılması, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, komitənin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından bu müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Dövlət müşaviri Kamal Abdullayev görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin, müvafiq tövsiyələrini verib.
Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlər bağlı məlumat evriblər. Komitənin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib.
Sonda komitə sədri M.Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha da yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.
BƏXTİYAR