Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun ölümündən 40 gün ötür. Bununla əlaqədar sabah Təzə Pir məscidində şairin 40 mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yazıçılar Birliyi yayıb.
Mərhum Vaqif Səmədoğlunun xatirəsini ailə üzvləri, dostları məzarı başında qeyd edəcək. Şairin ruhu Fəxri Xiyabanda anılacaq.
Qeyd edək ki, Xalq şairi uzun sürən xəstəlikdən sonra bu ilin yanvarın 28-də dünyasını dəyişib.