17 May 2014 09:41
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı bölmələri Azərbaycan mövqelərini yenidən atəşə tutublar.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Füzuli rayonunun Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: