9 Mart 2015 00:17
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ – Qarşınızda duran təqvimin ümumi mənzərəsi kifayət qədər qənaətbəxşdir. Demək olar ki, nəzərdə tutduğunuz əksər məsələlər öz həllinə yaxınlaşacaq. Yaşca sizdən böyük olanlara mərhəmət göstərin.

BUĞA – Qayğılı günləriniz artıq arxada qalmaqdadır. Sizi bəlli burulğandan xilas edənlər tapılacaq. Nahardan sonra bunu özünüz də görəcəksiniz. Amma gərək siz də boş durmayıb fəallığınızı artırasınız.

ƏKİZLƏR – Mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ümumi enerjinizin azalmasına səbəb ola bilər. Bu səbəbdən ənənəvi olmayan hər hansı işin qulpundan yapışmayın. Qidanıza xüsusi diqqət yetirin.

XƏRÇƏNG – Üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirsəniz, nüfunuz artacaq. Bu isə öz-özlüyündə iştirakçısı olduğunuz proseslərin daha müsbət məcraya yönəlməsinə rəvac verəcək.

ŞİR – Tələsik qərarlar verməkdən çəkinin. Uyğun zamanda uyğun qərarlar verməyə çalışın. Həmkarlarınızla, yaxın ətrafınızla mülayim davranın ki, dar macalda pəjmürdə qalmayasınız. Gecəni öz evinizdə keçirin.

QIZ – Ailə üzvlərinizlə, sevdiklərinizlə daha mərhəmətli davranın. Kimlərisə ittiham etməyə qalxmayın. Yalnız bu halda perspektivlərinizə yaxınlaşa bilərsiniz. Axşam saatlarında aldığınız təkliflərə razılıq verin.

TƏRƏZİ – Sağlıq durumunuzu nəzarətdə saxlasanız, hər hansı sıxıntı çəkməyəcəksiniz. Əksinə, bütün istiqamətlərdə vəziyyət xeyrinizə işləyəcək. Günortadan sonra şəxsi büdcənizdə artım da gözlənilir.

ƏQRƏB – Çox məhsuldar gündür. İş istiqamətində bütün proseslər xeyrinizə olacaq. Hətta səhər saatlarında perspektivli görüşlərdə iştirakınız da mümkündür. Bu hal baş versə, təşəbbüskarlıq öz əlinizdə olmalıdır.

OXATAN – Daxili dünyanızı zənginləşdirmək üçün iç dünyanızı anlaya bilən adamlarla bir araya gəlin. Əmin olun ki, fiziki yorğunluğunuz, dalana dirənən işləriniz bu yolla asanca həllini tapa bilər. Qeybətdən uzaq olun.

OĞLAQ – Əsl işgüzar bir gün yaşayacaqsınız. Bütün gücünüzü konkret hədəflərə yönəldin ki, məqsədinizə daha tez çatasınız. Axşama yaxın maraqlı və nüfuzlu adamlarla görüşləriniz sizi mövcud sıxıntılardan qurtaracaq.

SUTÖKƏN – Günün ovqatına uyğun olaraq ulduzlar sizə daha çox istırahət vəd edir. Əgər mümkün olsa, bu tövsiyələrə riayət edin, heç olmasa, sakit bir məkana çəkilib düşüncələrinizlə baş-başa qalın.

BALIQLAR – Bugünkü enerjiniz fəaliyyətdə xarüqələr yaratmağa imkan verməyəcək. Odur ki, imkanınız yetdiyi qədər mənəvi istirahətə üstünlük verin ki, gününüz boşa getməsin. Yaxın ünvanlara qonaq getmək də olar.


Müəllif: