17 May 2014 10:41
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verib. İlk növbədə Avropa Oyunlarının keçirildiyi zaman iştirakçı və tamaşaçıların idman saraylarına rahat gedib-gəlişini təmin etmək məqsədi ilə marşrutların müəyyən edilməsi, o cümlədən bu idman zalları ətrafında yol bağlantılarının, marşrutların və lazımı əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Teleqraf.com xəbər verir ki,Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. O, bildirib ki, Avropa Oyunlarında çoxsaylı nəqliyyat vasitələrindən istifadə edilməsi nəzərdə tutulur: “Həm ictimai nəqliyyat, həm də birinci Avropa Oyunlarında istifadə məqsədilə Bakıya Almaniya, Fransa, Türkiyə və Çindən yeni avtobus və taksilər də gətiriləcək”.


Müəllif: