11 Mart 2015 12:50
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Amerikaya səfər çərçivəsində Argentinada olan Azərbaycan Milli Məclsinin deputatlardan ibarət nümayəndə heyəti martın 10-da Argentinanın vitse-prezidenti və Senatının Sədri Amado Boudu ilə görüşüblər.

Teleqraf.com-un xəbərinə görə, səmimi keçən söhbətdə Azərbaycanın və Argentinanın qanunverici orqanlarının əməkdaşlıq imkanları, parlamentdə müvafiq dostluq qruplarının fəaliyyəti müzakirə edilib. Görüşdə həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub.

Həmin gün Azərbaycan nümayəndə heyəti Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının xarici əlaqələr komitələrinin və hər iki palatada fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qruplarının üzvləri ilə birgə toplantısı keçirlib.

Nihad


Müəllif:

Oxşar xəbərlər