Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və aparıcı məsləhətçi Vəli Hüseynov Brukinqs İnstitutunun Universal Təhsil Mərkəzi tərəfindən Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində 5-6 mart tarixində təşkil olunmuş Tədqiqat Simpoziumunda iştirak ediblər.
TQDK-dan Teleqraf.com-a verilən xəbərə görə, komitə sədri həmçinin Vaşinqton şəhərində 8-13 mart tarixində Müqayisəli və Beynəlxalq Təhsil Cəmiyyətinin (The Comparative and International Education Society) təşkil etdiyi növbəti illik konfransında iştirak edir. Tədbir zamanı təhsildə qiymətləndirmə, müxtəlif ölkələrin ölçmə-qiymətləndirmə təcrübələri ilə bağlı fikir mübadiləsi aparılır, bu istiqamətdə TQDK-nın müvafiq təcrübəsi və gələcək əməkdaşlıq perespektivləri müzakirə olunur.
Hər iki beynəlxalq tədbirdə TQDK-nın UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutionun Universal Təhsil Mərkəzinin rəhbərlik etdiyi Təhsil göstəriciləri üzrə hədəf qrupuna verdiyi tövsiyələri bir daha vurğulanmış və yüksək qiymətləndirilmişdir.
NİGAR