Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının Bürö üzvlərinin ilk iclası keçirilib.
İclasda Aqrar Elm Mərkəzinin Baş direktoru əvəzi iqtisad elmləri doktoru, professor Rəsul Balayev, Baş direktorun 1-ci müavini Eldar Kosayev, baş elmi katib Laləzər Sadıxova, Elmi işlərinin planlaşdırılması və kordinasiya şöbəsinin müdiri Şükür Əhmədov, beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Yaqub Quliyev, Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının sədri Faiq Xudayev, Aqrar Elm Mərkəzinin tabeçiliyində olan Elmi Tədqiqat İnstitutlarının və Azərbaycan Dövlət Aqrar Universitetinin Gənc Alimlər Şurası sədrləri və şura üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə Aqrar Elm Mərkəzi Gənc Alimlər Şurasının sədri Faiq Xudayev açaraq 2014-cü ildə Şuranın fəaliyyəti ilə əlaqədar hesabat verib, 2015-ci ildə görüləcək işlərlə bağlı tədbirlər planı və gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.
Aqrar Elm Mərkəzinin Baş direktoru əvəzi iqtisad elmləri doktoru, professor Rəsul Balayev Elmi Tədqiqat institutlarının Gənc Alimlər Şurası sədrləri (büro üzvləri) ilə tanış olub və onların 2014-cü ildə fəaliyyətlərinə dair qısa illik hesabatları dinlənilib.
İclasda iştirak edən baş direktorun 1-ci müavini Eldar Kosayev, baş elm katib Laləzər Sadıxova, Elmi işlərinin planlaşdırılması və kordinasiya şöbəsinin müdiri Şükür Əhmədov, beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Yaqub Quliyev Şuranın fəaliyyəti ilə əlaqədar çıxış edərək bildiriblər ki, bir il müddətində görülən işləri qənaətbəxş hesab etmək olar.
Gənc Alimlər şurasının büro üzvlərinin irəli sürdüyü təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Aqrar Elm Mərkəzinin rəhbəri elmləri doktoru, professor Rəsul Balayev 2015-ci ildə Aqrar Elm Mərkəzi Gənc Alimlər şurasının fəaliyyətinə uğurlar arzulayıb.